Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2018
13:38
Ruhani Abgül Süleymanov yeni həbsxanaya köçürüldü

2011-ci ildə həbs olan, ilahiyyatçı Abgül Süleymanovun Cəza Çəkmə Müəssisəsi dəyişdirilib.

Bu haqda İslamazeri.com-a ilahiyyatçının ailəsi  məlumat verib. Məlumata görə, onun barəsində verilmiş ciddi rejimli cəzanın vaxtı bitib və o gücləndirilmiş ümumi rejimli 2 saylı Cəza Çəkmə Müəssisəsinə göndərilib. 

"Hazırda Hacı, 2 saylı CÇM-nin karantinindədir. Ehtimala görə, yaxın vaxtda onu "zon"a buraxacaqlar. Adətən bir gün və ya bir həftə ərzində dustaq karantində saxlanılır. Əlbəttə uzun müddətli karantin rejimi  yeni dustaqlara, CÇM qaydaları bilməyən və yeni dustaqlar üçün karantin rejimi tətbiq edilir. Hacı isə artıq avqust ayında həbsinin müddəti 7 ilə çatacaq. Yəni yeni dustaq məsələsindən söhbət gedə bilməz. Ümidvarıq bu isti günlərdə o karantindən CÇM-nin ümumi şəraitinə tez bir zamanda köçürülməsi təmin olunacaq.", -deyə ilahiyyatçının ailəsindən bildiriblər.

Qeyd edək ki, Abgül Süleymanov bir ildən çox MTN təcridxanasında saxlanıldıqdan sonra, Kürdəxanı - Bakı İstintaq Təcridxanasına köçürülmüş, sonra 13 saylı Qaradağ CÇM-nə göndərilmişdi. Oradan ilahiyyatçı Qobustanda 7 saylı qapalı xüsusi rejimli həbsxanaya, daha sonra isə 11 saylı ciddi rejimli CÇM-nə köçürülmüşdü. Qeyd edilən həbsxanalarda olduğu vaxt arasında ruhani, iki dəfə həbsxanaların ümumi xəstəxanasında da bir neçə ay müalicə alıb. Hazırki 2 saylı CÇM isə gücləndirilmiş rejimli həbsxanadır və Binə qəsəbəsində yerləşir.

Məqalədə : Hacı Abgül Süleymanov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
295

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
490

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
479
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 19:27





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru