Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2018
12:57
Fransanın ən məşhur qanqsteri həbsxanadan helikopterlə qaçdı-VİDEO

Fransanın ən məşhur qanqsterlərindən biri həbsxananın həyətinə enən helikopterin yardımı ilə türmədən qaçıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Le Figaro xəbər verib.

Bildirilir ki, Reduan  Faid  Parisin cənubunda Sena və Marna Departamentində 25 il müddətinə həbsə məhkum olunmuşdu. O, 2010-cu ildə uğursuz oğurluq cəhdi zamanı qadın polisi öldürməkdə və silahlı qarətdə təqsirli bilinib.

İlkin məlumatlara görə, helikopter həbsxananın ərazisinə girərkən 3 silahlı  dərhal Faidin azad olunmasını tələb edib. Mənbə bildirib ki, cani ziyarət otağından çıxarılaraq aparılıb. 

Həbsxanadan zərərçəkən olmayıb.

O da vurğulanır ki, helikopteri girov götürülən pilot idarə edib. Sonradan hava nətqiyyatı Parisin şimalında yanmış halda tapılıb. Polis pilotu istintaqa cəlb edib.

Qeyd edək ki, bu Faidin ilk qaçış cəhdi deyil. 2013-cü ildə o, 4 mühafizəçini dinamitin köməyi ilə tutmuş, sonra isə onu gözləyən maşında aradan çıxmışdı. 6 həftədən sonra o, ələ keçmişdi.



Məqalədə : həbsdən qaçdı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 11:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru