Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
21:49
`Sərhəd qoşunları haqqında` qanun dəyişdirilir

"Sərhəd qoşunları haqqında" qanuna dəyişiklik təklif olunur.

Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə “Sərhəd qoşunları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə göndərilib.

Layihəyə əsasən, qanunun adı dəyişdirilərək “Sərhəd mühafizə orqanları haqqında” qanun kimi verilir.

Qanun layihəsinin birinci maddəsində bu cür qeyd edilir: "Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir".

Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Azərbaycan Respublikasının sərhəd qoşunları Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir”.

Qanuna edilən digər dəyişikliklərdə də bütün maddələr üzrə "sərhəd qoşunları" ifadəsi "sərhəd mühafizə orqanları" ifadəsi ilə əvəzlənir.

Layihə Milli Məclisin iyunun 12-də keçirilən növbədənkənar sessiyanın ilk iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə : Sərhəd qoşunları qanun 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
20

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
193

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
165

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
231

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
315

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
347

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 13:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru