Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2018
16:15
Sulutəpə sakinləri nəqliyyatsızlıqdan, susuzluqdan şikayət edir - VİDEO

Sulutəpə qəsəbəsinin problemlərini saymaqla bitməz. Əhali su, qaz, yol və nəqliyyat sarıdan əziyyət çəkir. Bu vəziyyətlə bağlı dəfələrlə mətbuatda yazılar dərc olunsa da, problemlər tamlıqla öz əksini tapmayıb.

Qəsəbə sakinlərinin əsas problemlərindən biri susuzluqdan əziyyət çəkmələridir. Su problemi sakinlərin güzəranını daha da çətin vəziyyətə salır. Xüsusilə əhali yay aylarında bir bidon su üçün küçələrə axışır.

Qəsəbə sakinlərinin əksəriyyəti öz vəsaitləri hesabına su xətləri çəkdirib. Külli miqdarda vəsaitə başa gələn su çəkilişi belə onlara kifayət etməyib. Yəni camaatın xərclədiyi vəsait boşuna gedib.

Bir neçə qonşunun ortaq çəkdirdiyi suyun təzyiqi aşağıdır. Xəttin nazik olması və bir neçə qonşu arasında bölüşdürülməsi, nəticədə suyun təzyiqini aşağı salır.  Sakinlər deyir ki, rayon icra hakimiyyəti və “Azərsu” ASC nümayəndələri bu problemlərdən xəbərdar olsalar da, heç bir iş görmürlər.

Qəsəbənin əsas yolu sayılan Ruslan Allahverdiyev küçəsində vəziyyət acınacaqlıdır. Yolların qəzalı durumda olması isə bu ətrafda yaşayan sakinləri cana yığıb. Küçənin giriş hissəsindən, Xocahəsən istiqamətinə qədər olan yollar bərbad durumdadır. Dərin çalalar nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, tez-tez onları sıradan çıxarır. Sakinlər bildirdilər ki, Ruslan Allahverdiyev küçəsinin yolu 2012-ci ildə əsaslı şəkildə bərpa edilib. Lakin həmin küçədən keçən su xətləri zaman-zaman asfalt örtüyünü sıradan çıxarıb: “Ruslan Allahverdiyev küçəsi böyük bir ərazini əhatə edir. Təqribən 30-35 minə yaxın əhali yaşayır. Ən çox əziyyət çəkənlər yolun yaxınlığında yaşayan sakinlərdir. Evlər daim yağış suları içərisində qalır. Nəqliyyat vasitələri hərəkət edə bilmir. 2012-ci ildə yol əsaslı şəkildə təmir olundu. Demək olar ki, 2-3 il yolda problem yaşamadıq. Lakin qəsəbənin kanalizasiya sistemi olmadığından evlərdən çıxan sular yola tökülürdü. Bundan əlavə, əhalinin asfaltlanan yolun altından qustar üsulla çəkdikləri su xətləri sıradan çıxdı. Nəticədə yeni çəkilmiş yol örtüyü alt hissədən yuyulmağa başladı, çöküntülər əmələ gəldi. 2016-cı ildən yollar tam yararsız duruma düşdü”.(musavat)

Məqalədə : Sulutəpə qazsız işıqsız 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
251

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
286

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
510
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 01:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru