Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2018
10:57
Fələstinli məhbus həbsxanada döyüldükdən sonra həyatını itirdi

İsrail həbsxanasında olan fələstinli məhbus Əziz Avasayt hərbçilərin hücumu nəticəsində qəddarcasına qətlə yetirib. Ölümündən əvvəl o, ağır insult keçirib.

FaktXeber.com-un ərəb mənbələrinə istinadla verdiyi məlumata görə, ağciyərin kəskin iltihabı və sol ciyərində təzyindən əziyyət çəkən 53 yaşlı Avasayt insult keçirdikdən sonra həbsxanada ölüb.

Bildirilir ki, 2014cü ildə həbs edilən Əziz Avasayt 30 il azadlıqdan məhrum edilmişdi. O uzun müddət idi ki, tibbi yardıma möhtac idi. Məhbusun səhhəti ilə əlaqədar fələstinli hüquqmüdafiəçilər neçə həftədir ki, onun müalicəsini, yaxud da azadlığa buraxılmasını tələb edirdilər.

Lakin o, ölümündən iki gün əvvəl döyüldükdən sonra xəstəxaya yerləşdirilibmiş.

Fələstinli məhbusların İşi üzrə İdarənin rəisi İssa Karaaka bununla bağlı olaraq İsrail hökuətini təqsirləndirib və cinayətin araşdırılması üçün beynəlxalq komissiyaya müraciət edib. Onların sözlərinə görə, Avasayt qəddarcasçına döyülüb bu da insulta səbəb olub.

Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
195

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
301
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 15:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru