Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2018
21:06
Komitə sədri qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb - FOTO

Mayın 11-də  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında bir neçə  yataqxana və inzibati binalarda məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Komitədən FaktXəbər-ə verilən məlumata görə, Dövlət Komitəsinin  sədri məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub.

Dövlət Komitəsinin sədri qeyd edib ki, öncə qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələli şəkildə həll ediləcək.

R.Rzayev digər rayonlarda da məcburi köçkünlərlə bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Məqalədə : Qaçqınkom Rövşən Rzayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
235

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
224
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 03:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru