Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2018
14:19
Nazirlik həkimlərə və aptek sahiblərinə xəbərdarlıq edib

"Avropanın bir çox ölkələrində olduğu kimi, artıq Azərbaycanda da bioloji aktiv maddələrdən geniş istifadə olunur. Təbii ki, bu maddələr dərman vasitələri deyil".

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Onun sözlərinə görə, istehsalçılara da qanunla tələb qoyulub ki, bioloji aktiv maddələrin üzərində onların dərman vasitəsi olmadıqları bildirişi qeyd olunsun: "Əgər həkimlər resept yazarkən bu maddələrin adlarını reseptə əlavə etsələr, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri (cərimə) görüləcək. Çünki onlar dərk edilməlidir ki, bioloji aktiv maddələr qida əlavəsi olduğundan müalicə məqsədi ilə istifadə olunmur. Xəstəliklərin müalicəsində isə sırf dərman preparatlarından istifadə edilməlidir".

E.Əzizov qeyd edib ki, dərmanlar reseptdə beynəlxalq patentləşdirilməmiş adla yazılmalıdır: "Lakin ölkədə hələ də reseptlərdə dərmanların adları belə qaydada yazılmır və reseptlərdə dərmanların ticari adla yazılması həkimlər tərəfindən davam etdirilir. Həkimlərə müraciət edərək bildiririk ki, hər bir həkim reseptlərdə dərmanların adını beynəlxalq patentləşdirməmiş adı ilə qeyd etsinlər. Bu qaydalara apteklər də riayət etməlidir. Yəni, onlar da tələblərlə yazılmayan reseptlərlə dərman satmamalıdırlar".

Sektor müdiri bildirib ki, bu gün əczaçılıq şirkətləri həkimlərlə razılaşmalar əldə edirlər: "Bu cür neqativ halların qarşısını almaq üçün həkimlərin reseptlərdə dərmanları ticari adla yazmasına icazə verilmir. Pasiyent apteklərdə reseptə yazılan patentləşdirilməmiş ada uyğun olaraq dərmanları seçməlidir. Əczaçılıq fəaliyyətinin tələblərinə riayət etməyənlər barədə məsuliyyət tədbirləri görüləcək. Əgər tələblərə riayət edilməməklə bağlı nazirliyə hansısa şikayət və ya müraciət daxil olarsa pozuntuya yol verən şəxs cərimələnəcək".(Report)

Məqalədə : aptek sahibləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
350

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
361

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
275
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2021 07:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru