Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2018
09:48
MKİ Ben Ladeni satan həkimi həbsxanadan qaçıra bilməyib

Bir nömrəli terrorçu Usama bin Ladeni zərərsizləşdirmək üçün Vaşinqtona kömək edən həkim Şakil Afridinin Pakistan həbsxanasından qaçırılması üzrə MKİ-nin keçirdiyi əməliyyat uğursuzluqla nəticələnib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RİA Novosti-yə adının çəkilməsini istəməyən iki mənbə xəbər verib.

«MKİ həkim Şakil Afridini Pişəvar həbsxanasından çıxarılması üçün qaçışını təşkil etməyə çalışıb, lakin ISI (Pakistanın  Qurumlararası Kəşfiyyat İdarəsi) bunun qarşısını alıb», - deyə mənbədən bildirilib.

Onun sözlərinə görə, bu barədə məlumatı  həm MKİ-yə, həm də  Pakistan kəşfiyyatına işləyən yerli informator verib.

Adının çəkilməsini istəməyən ikinci mənbə bu məlumatı təsdiqləyib.

Birinci mənbə bildirib ki, ABŞ bundan əvvəl də Afridinin verilməsi ilə əlaqədar Pakistana müraciət etmişdi. «Bu, Trampın Pakistandan tələblər siyahısında əsas məsələlərdən olub», - deyən mənbə ABŞ-Pakistan  münasibətlərinin də həm də buna görə gərgin olduğunu deyib.

Cümə günü  mənbələrdən biri bildirib ki, 2017-ci ilin dekabr ayında hazırlanan qaçış planı ilə əlaqədar Afridi Peşəvar həbsxanasından çıxarılaraq başqasına köçürülüb.

Qeyd edək ki, «bir nömrəli terrorçu»nun həbsi müqabilində həkimin 10 min dollar aldığı barədə məlumatlar var.

Şakil Afridi Amerika xüsusi təyinatlılarının sifarişi ilə «Əl-Qaidə» liderinin ailə üzvlərinin DNT nümunələrini götürmək məqsədiylə Abbottabad sakinlərinin  yalançı vaksinasiyasını təşkil etməklə dövlətə xəyanətdə ittiham edilib. O, 33 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə : Bin Laden 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
455

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
472

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
588

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
645
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 00:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru