Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2018
16:26
Səməd Seyidov AŞPA-da sərt DANIŞDI

AŞPA-nın yaz sessiyasında polşalı parlamentari Killyon Munyamanın hazırladığı “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsi müzakirə olunarkən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov layihədə Dağlıq Qarabağla bağlı maddənin bəzi bəndlərinə etirazını bildirib.

S. Seyidovun tələbi ilə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi AŞPA-nın layihəsinə daxil edilib.

Eyni zamanda, nümayəndə heyətimizin rəhbəri layihədə Azərbaycanın Şuşa şəhərinin adının yazılışına etiraz edərək bununla bağlı tələb irəli sürüb, həmçinin Dağlıq Qarabağ ərazilərinin qeyri-rəsmi təşkilatlar tərəfindən minalardan təmizlənməsi məsələsinə etirazını bildirib.

Azərbaycan nümayəndə heyəti rəhbərinin bütün tələbləri yerinə yetirilib, layihəyə dəyişikliklər edilib.

Səməd Seyidov qurumun tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hazırladığı hesabatın müzakirəsi zamanı isə deyib ki, Azərbaycanı utandırmaq üçün istənilən cəhdin özü elə korrupsiyadır. O, Azərbaycandan olduğu üçün fəxr etdiyini qeyd edib:

“Fikrimcə, vurğulamaq vacibdir ki, ölkəmi utandırmaq üçün edilən hər bir cəhd, ölkəmi günahlandırmaq elə özü korrupsiyadır. Çünki Azərbaycan bu təşkilata demokratik dəyərlər naminə daxil olub. Əgər siz korrupsiya axtarırsınızsa, o zaman digər ölkələr haqqında, bu assambleyada iclas edənlər haqqında da düşünmək lazımdır".

Niyə yalnız Azərbaycan? Axı bir ay bundan əvvəl bu iclas zalında siz Ermənistan xalqı tərəfindən korrupsiyaya görə qovulan Serj Sarkisyanı alqışlayırdınız. Ermənistanın çox demokratik ölkə olduğunu, Sarkisyanın isə Ermənistan xalqını bu təşkilatda təmsil edən demokrat olduğunu təsdiq edənlərdən soruşmaq istəyirəm - cənab Sarkisyan haradadır? Niyə siz özünüzə bu sualları vermək istəmirsiniz?(Modern)

Məqalədə : Səməd Seyidov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
301

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
267

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
261

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
275

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
262

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
381

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
366

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
378

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
407
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 12:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru