Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2018
16:43
BNA İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzv olub

Bakı Nəqliyyat Agentliyi (BNA) dünya üzrə 200-dən çox şəhər nəqliyyatına məsul qurumlarını özündə birləşdirən İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (International Association of Public Transport) üzv qəbul edilib. 

Bu barədə FaktXəbər-ə BNA-nın sektor müdiri Mais Ağayev məlumat verib.

Məlumata görə, Assosiasiya ictimai nəqliyyat üzrə peşəkarları bir yerə gətirərək müvafiq inkişaf perspektivlərini və problemləri müzakirə etmək, qabaqcıl təcrübələri bölüşmək üçün əlverişli platforma hesab edilir.

Təşkilata üzvlük BNA dünya təcrübəsinə birbaşa çıxışı təmin edəcək, dünya şəhərlərində çalışan müvafiq sahə mütəxəssisləri ilə sıx işgüzar əlaqələrin qurulmasına yardım edəcək. Bununla yanaşı, Agentliyin mütəxəssislərinin təşkilatın müxtəlif seminar və proqramlarında iştirakı da mümkün olacaq ki, bu da kadrların peşəkarlıq səviyyəsinin artırılması baxımından vacib amildir.

Məlumat üçün bildirək ki, İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiya (International Association of Public Transport) 17 avqust 1885-ci ildə təsis edilib. Baş qərargahı Brüssel şəhərində yerləşən təşkilat 14 regional filial və əlaqələndirmə mərkəzini birləşdirir. Təşkilatın 96 ölkədən 1400 üzvü var. İctimai nəqliyyatın təbliğ edilməsi, ən yaxşı praktikaların yayılması, dünya üzrə nəqliyyat mütəxəssislərinin əlaqələndirilməsi, nəqliyyat sahəsində kurs, təlim və seminarların təşkil edilməsi, beynəlxalq forum və konfransların təşkili təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir.

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
385

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
397

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
538

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
580
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 19:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru