Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2018
16:44
Əli Əkbər Vilayəti Bəşər Əsədlə görüşdü - FOTO

İran İslam İnqilabının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Suriyaya səfər çərçivəsində SƏR prezidenti Bəşər Əsədlə görüşüb. FaktXeber.com-un SANA-ya istinadla verdiyi məlumata görə, Əli Əkbər Vilayəti görüşdə prezidenti və xalqı Quta qələbəsi, həmçinin mülki vətəndaşların terrorizm cinayətlərindən xilas edilməsi münasibətilə təbrik edib.

O, vurğulayıb ki, Qərbin marionet terror təşkilatları tərəfindən saxtakarlıqla hazırlanmış yalan ittihamlar üzərində təhdidi Şərqi Qutanın azadlığından sonra  baş verib.

O, təsdiqləyib ki, yerlərdə hər bir qələbədən sonra  Qərb ölkələri hadisələrin gedişatını dəyişmək cəhdləri çoxalır, bu ölkələrin ğundan sonrakı addımları da  regionda sabitliyin pozulmasına gətirir ki, bu da beynəlxalq  sülh və təhlükəsizliyə hədədir.

İran Ali Rəhbərinin  müşaviri görüşdən əvvəl  Şərqi Qutanı müxtəlif məntəqələrində olaraq, terrorçular tərəfindən qazılmış tunelləri yaxından müşahidə edib. Əli Əkbər Vilayəti ABŞ-ın ehtimal olunan hücumuna qarşı Suriya hökumətinin yanında olduqlarını bildirib.

Qeyd edək ki, Əli Əkbər Vilayəti Dəməşqdə işə başlayan beynəlxalq "Qüds və istiqamətimiz" konfransında iştirak məqsədi ilə Suriyaya səfər edib. Vilayəti Dəməşqdə olduğu müddət ərzində Suriyanın xarici işlər naziri Vəlid Müəllim, hakim Bəəs partiyasının baş katib müavini və Suriyanın təhsil naziri Atif Nədaf ilə də görüşüb, danışıqlar aparıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
125

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
390

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 23:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru