Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2018
11:30
Fələstinlilər İsrail hərbçilərinə təkərlərlə cavab verəcək-FOTO

Bu gün Qəzza zolağında növbəti aksiya gözlənilir. FaktXeber.com-un məlumatına görə, bununla əlaqədar olaraq fələstinli gənclər sərhədə təkərlər yığırlar. Onlar yanan təkərlərin tüstüsü ilə İsrail snayperlərinə və qaz bombalarına cavab verməyə hazırlaşırlar.

Qeyd edək ki, gözlənilən aksiya ilə əlaqədar əraziyə Qızıl Aypara Cəmiyyətinin üzvləri də cəlb olunub.

 Böyük Qayıdış Yürüşü əsnasında yaralanan gəncin həyatını itirməsi ilə  Qəzza ilə sərhəddə İsrail hərbçiləri tərəfindən öldürülənlərin sayı 20-ə yüksəldi. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Röyters xəbər yayıb.

Tarixi Fələstin torpaqlarındakı  İsrail işğalına qarşı müqavimətin  simvolu  halına gələn  Torpaq Gününün 42-ci ilində «Böyük Qayıdış Yürüşü» üçün Qəzzadakı sərhədə doğru hərəkətə keçilmişdi. Fələstinin bayrağını daşıyan çox sayda insan 1948-ci ildə  torpaqlarından məcburi köçürülən fələstinlilərin  qayıtma haqqını müdafiə etmək və İsrailə etiraz üçün Qəzzanın Xan Yunus  şəhərinin şərqindəki İsrail sərhəddinə axın etmişdi.

İsrail Fələstinin müxtəlif bölgələrinə 100 snayper  yerləşdirdiyini açıqlamışdı. İsrailin  müdafiə naziri Aviqdor Liberman da  nümayişə qatılacaq fələstinlilərin can güvənliyinin olmayacağını açıqlayaraq qətliam siqnalını vermişdi.

Beləliklə, dinc aksiya keçirən aksiyaçılara qarşı qaz bombalardan və həqiqi güllələrdən istifadə olunub. Sosial şəbəkələrdə yayılan videoların birində hətta namaz qılan insanlara da atəş açıldığı görünür. Nəticədə 20 nəfər həlak olmuş, 1000-dən artıq insan yaralanmışdı.

Humaq Rights Watch bu cinayətləri  hüquqsüz və planlaşdırılmış bir qərar adlandırıb. Təşkilat yaydığı hesabatda  nümayimşçilərə qarşı əsl silahdan istifadə edilməsinə görə İsrail hərbi rəhbərliyini tənqid edib.

Məqalədə : Böyük Qayıdış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
270

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
212

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
215

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
490

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
366
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 15:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru