Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2018
15:25
Milli Qəhrəmanları Şövqiyar Abdullayev və Etibar Hacıyevin doğum günüdür

Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. O, 1992-ci ilin əvvəllərində könüllü olaraq Milli Orduya yazılıb. Tank komandiri kimi Ağdamın Papravənd, Pircamal, Aranzəmin, Abdal-Gülablı kəndləri, Ağdərə rayonu istiqamətində rəşadətlə vuruşub. 1992-ci il avqustun 27-də Dronbon kəndi yaxınlığında əsgər yoldaşlarını mühasirədən çıxarmaq üçün qeyri-bərabər döyüşə girmiş və qəhrəmanlıqla şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakının küçələrində biri onun adını daşıyır.

Etibar Firidun oğlu Hacıyev 1971-ci il aprelin 5-də Qərbi Azərbaycanın Zod kəndində anadan olub. O, 1991-ci ilin oktyabr ayından başlayaraq könüllü özünümüdafiə taburunun tərkibində Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndləri, Çəpərqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. 1992-ci ilin iyunun 15-də Goranboy rayonunun Ağcakənd qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göygöl rayonunda Şəhidlər Xiyabanında dəfn edilib. Göygöl rayonu Yeni Zod kəndinin küçələrindən biri onun adını daşıyır.

Məqalədə : Milli Qəhrəmanlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən bahalaşıb

21

İyun
09:45
DÜNYA
270

AMB-nin valyuta məzənnələri

21

İyun
09:34
İQTİSADİYYAT
260

Azərbaycana yay gəlib

21

İyun
09:11
ÖLKƏ
270

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
403

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
487

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
530

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
523

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
615
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 10:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru