Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
12:05
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota azaldılıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) FaktXəbər-ə məlumata görə, əvvəldən kvota 2000 nəfər nəzərdə tutulsa da, sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvota müəyyən etməsi göstərilir. Bildirilib ki, zəruri ehtiyac və xüsusi vəziyyət yarandığı halda sənəd qəbulunun vaxtı və kvotada artım ola bilər. Sənəd qəbulu mayın 1-dək davam edəcək.

Zəvvarların Həccə uçuşunu isə  Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək.

Azərbaycandan Həcc ziyarətinə zəvvarların səfəri avqustun 14, 15 və 16-da baş tutacaq. Zəvvarların dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

Məqalədə : Həcc ziyarəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
371

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
511
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 07:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru