Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
11:57
Azərbaycan xalqı Fələstin xalqının yanındadır - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

Riad Malki İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Azərbaycan prezidentinin iştirakının çox əhəmiyyətli olduğunu qeyd edib və bu tədbirdə göstərilən dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransın önəmini vurğulayıb və bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib. Dövlət başçısı isə Fələstin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb, İstanbulda keçirilən Zirvə toplantısında ölkəmizin iştirakını bu həmrəyliyin nümayişi kimi dəyərləndirib.

***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib. Məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
301

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
233

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
236

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
511

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
382
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 15:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru