Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2018
12:15
Səud şahzadəsi: `İsrailin Fələstin torpaqlarında haqqı var`

Səudiyyə Ərəbistanının İsraillə  çoxlu ortaq maraqları var. FaktXeber.com-un məlumatına  görə, bu barədə Səudiyyənin vəliəhd şahzadəsi Muhəmməd Bin Salman «The Atlantic»in jurnalisti Ceffri Qoldberqə müsahibəsində bəyan edib.

«Səudiyyə Ərəbistanının yəhudilərlə problemi yoxdur. Bizim İsraillə çoxlu ortaq maraqlarımız var», - deyə o, bildirib.

O, həmçinin İsrailin Fələstində haqqı olduğunu söyləyib: «İsraillilərin  də öz torpaqlarına sahib olma hüququ var».

Səudun vəliəhd şahzadəsi İsraili Müqəddəs Torpağa haqqı olduğunu deyən ilk ərəb dövləti lideridir.

Jurnalist Qoldberq müsahibəsində Yaxın Şərq məsələləri üzrə  amerikalı nümayəndə Deniss Rossa istinadla bəzi ərəb ölkələrinin İsrailin varlığını qəbul etməyə hazır olduqlarını, lakin  yəhudilərin tarixi Fələstin torpaqlarında hüquqlarının onlar üçün həmişə «qırmızı xətt» olduğunu vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
140

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
165

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
195
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 19:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru