Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2018
14:41
Fələstində qurbanların sayı 18-ə yüksəldi

Böyük Qayıdış Yürüşü əsnasında  yaralanan gəncin həyatını itirməsi ilə  Qəzza ilə sərhəddə İsrail hərbçiləri tərəfindən öldürülənlərin sayı 18-ə yüksəldi.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Əl Kudra yazılı açıqlamasında bildirir ki, ötən cümə həyata keçirilən etiraz aksiyasında qarnından yaralanan 29 yaşlı  Faris ər-Rakab həyatını itirib. FaktXeber.com-un məlumatına görə, bununla da cümə günündən bəri həlak olanların sayı 18-ə yüksəldi.

Qeyd edək ki, tarixi Fələstin torpaqlarındakı  İsrail işğalına qarşı müqavimətin  simvolu  halına gələn  Torpaq Gününün 42-ci ilində «Böyük Qayıdış Yürüşü» üçün Qəzzadakı sərhədə doğru hərəkətə keçilib. Fələstinin bayrağını daşıyan çox sayda insan 1948-ci ildə  torpaqlarından məcburi köçürülən fələstinlilərin  qayıtma haqqını müdafiə etmək və İsrailə etiraz üçün Qəzzanın Xan Yunus  şəhərinin şərqindəki İsrail sərhəddinə axın edib.

İsrail Fələstinin müxtəlif bölgələrinə 100 snayper  yerləşdirdiyini açıqlamışdı. İsrailin  müdafiə naziri Aviqdor Liberman da  nümayişə qatılacaq fələstinlilərin can güvənliyinin olmayacağını açıqlayaraq qətliam siqnalını vermişdi.

Beləliklə, dinc aksiya keçirən aksiyaçılara qarşı qaz bombalardan və həqiqi güllələrdən istifadə olunub. Sosial şəbəkələrdə yayılan videoların birində hətta namaz qılan insanlara da atəş açıldığı görünür.

Nəticədə 20-yə yaxın dinc sakin həlak olub və 500-dən artıq insan da yaralanıb.

Fələstinlilər etiraz aksiyalarına 6 həftə davam edirmək istəyirlər.

Məqalədə : Böyük Qayıdış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
170

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
175

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
200
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 20:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru