Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2018
09:57
Ərəb Liqası Fələstinlə bağlı fövqəladə toplantı keçirəcək-VİDEO
Fələstinlilər Azad Surya Ordusuna bayraqlarını açmağa qoymadı

Ərəb Dövlətləri Liqası Qəzza zolağındakı vəziyyətlə bağlı  aprelin 3-də fövqəladə iclas keçirəcək. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Ad Dustour xəbər yayıb. Sorğu Fələstin tərəfindən göndərilib, onu  Misir, Küveyt və İordaniya dəstəkləyib.

Bildirilir ki, minlərlə fələstinli ötən cümə Qəzza zolağında İsrail əleyhinə kütləvi nümayiş keçirmişdi. İsrail hərbçiləri ilə toqquşmalar nəticəsində 16 fələstinli həlak olmuş, onlarla insan yaralanmışdı.

Yeri gəlmişkən qeyd edək ki, Ərrabə qəsəbəsində  «Torpaq Günü» yürüşü zaman bir qrup insan Azad Suriya Ordusunun Bayrağını açmağa çalışıb. Lakin sakinlər rəsmi Dəməşqin müxalifi olan silahlıların bayrağının açılmasına qoymayıblar. Onlar bayrağın endirmək istəməyən qrupa müdaxilə edib. Digər tərəfdən bir çox fələstinli SƏR-in  bayrağını dalğalandırıb. Baş verənlər kameralar tərəfindən qeydə alınıb.

Qeyd edək ki, tarixi Fələstin torpaqlarındakı  İsrail işğalına qarşı müqavimətin  simvolu  halına gələn  Torpaq Gününün 42-ci ilində «Böyük Qayıdış Yürüşü» üçün Qəzzadakı sərhədə doğru hərəkətə keçilib. Fələstinin bayrağını daşıyan çox sayda insan 1948-ci ildə  torpaqlarından məcburi köçürülən fələstinlilərin  qayıtma haqqını müdafiə etmək və İsrailə etiraz üçün Qəzzanın Xan Yunus  şəhərinin şərqindəki İsrail sərhəddinə axın edib.

İsrail Fələstinin müxtəlif bölgələrinə 100 snayper  yerləşdirdiyini açıqlamışdı. İsrailin  müdafiə naziri Aviqdor Liberman da  nümayişə qatılacaq fələstinlilərin can güvənliyinin olmayacağını açıqlayaraq qətliam siqnalını vermişdi.

Məqalədə : Böyük Qayıdış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
306

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
243

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
236

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
516

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
382
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 15:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru