Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2018
16:14
Fələstində gərginlik: Qurbanların sayı artır -VİDEO

FaktXeber.com-un məlumatına görə, Fələstində  Torpaq Günündə həyata keçirilən "Böyük Qayıdış Yürüşü" üçün İsrail  sərhəddində toplanan  Fələstinlilərə İsrail əsgərinin  hücumu nəticəsində qurbanların sayı 7-ə qalxıb, onlarla yaralı var.

Yürüşə Həmas lideri İsmail Haniyyə də qatılıb. Fələstinin alternativi olmadığı kimi geri qayıtmaqdan başqa çarənin də olmadığını dilə gətirən  Haniyyə fələstinlilərin 1948—də zorla  çıxardıqları torpaqlarına dönməkdə qərarlı olduqlarını ifadə edib.

Haniyyə geri dönmə məsələsinin yalnız sözdə qalmasına qətiyyətlə  razı olmayacaqlarını vurğulayaraq, bunun həyata keçməsi üçün bütün yollara baş vuracaqlarını dilə gətiriblər.

Qeyd edək ki, tarixi Fələstin torpaqlarındakı  İsrail işğalına qarşı müqavimətin  simvolu  halına gələn  Torpaq Gününün 42-ci ilində «Böyük Qayıdış Yürüşü» üçün Qəzzadakı sərhədə doğru hərəkətə keçilib. Fələstinin bayrağını daşıyan çox sayda insan 1948-ci ildə  torpaqlarından məcburi köçürülən fələstinlilərin  qayıtma haqqını müdafiə etmək və İsrailə etiraz üçün Qəzzanın Xan Yunus  şəhərinin şərqindəki İsrail sərhəddinə axın edib.

İsrail Fələstinin müxtəlif bölgələrinə 100 snayper  yerləşdirdiyini açıqlamışdı. İsrailin  müdafiə naziri Aviqdor Liberman da  nümayişə qatılacaq fələstinlilərin can güvənliyinin olmayacağını açıqlayaraq qətliam siqnalını vermişdi.

İsrailin  Hüquqmüdafiə təşkilatı olan B'Tselem İsrail ordusunun Qəzzadakı  fələstinli  aksiyaçılara  atəş açmasını kəskin tənqid edən açıqlama yayıb. Bəyanatda deyilir ki, İsrail rəsmiləri Qəzzadakı humanitar böhranı və bu böhrandakı rollarını  görməzdən gəlirlər: «Aksiyaları təhlükə, nümayişçiləri sabotajçı və Qəzzanı da müharibə bölgəsi görürlər».

İsrail əsgərləri fələstinlilərə qarşı həqiqi güllədən istifadə edirlər. 

Məqalədə : Böyük Qayıdış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
680

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
862

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
664
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 03:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru