Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Mart

2018
20:16
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Bu gün Azərbaycanda xalqın ən sevimli bayramlarından biri olan Novruz bayramı qeyd edilir.

Bahar Azərbaycana bu gün - martın 20-də saat 20:15-da daxil olub.

Baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir. Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olacaq. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir.

Qeyd edək ki, bu il yay fəsli Azərbaycana iyun ayının 21-i saat 14:07:18-də, payız fəsli sentyabrın 23-də saat 05:54:06-da, qış fəsli isə dekabrın 22-də daxil olacaq. Qışın gəlməsi saat 02:22:42-yə təsadüf edəcək.

Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

FaktXəbər olaraq bütün oxucularımızı, o cümlədən Azərbaycan xalqını təbrik edirik.

Bayramınız mübarək!

Məqalədə : Novruz bayramı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
785

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
987
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru