Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2018
11:04
Azərbaycan prezidenti xalqı Novruz bayramı münasibəti ilə təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir ki, Azərbaycanın çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

"Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir", - təbrikdə deyilir.

Prezident bildirir ki, ictimai-siyasi həyatda əlamətdar hadisələrlə zəngin bayramın Odlar yurduna builki gəlişi xüsusi məna qazandırır.

"Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq. Baharı azərbaycançılıq məfkurəsi işığında dünyanın müxtəlif guşələrində bizimlə birgə qarşılayan soydaşlarımıza təbriklərimi yetirirəm. Qoy, həmrəyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş eləsin. Novruz bayramınız mübarək olsun!" təbrikdə qeyd edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycana yazın gəlişi martın 20-də, saat 20.15-ə təsadüf edəcək.

Nazirlər Kabinetinin qərarına görə, Novruz bayramında ölkədə martın 20-dən 26-dək qeyri iş günüdür. 

Məqalədə : Prezident İlham Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
785

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
997
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru