Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2018
14:14
Novruz bayramı ilə əlaqədar yeni YARMARKALAR

Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC satış yarmarkaların təşkilinə start verib.

Bu barədə FaktXəbər-ə ASC-dən məlumat verilib.

- Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;

- Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 59 (Təzə bazarın aşağı hissəsi);

- Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 207 ("İdeal" şadlıq sarayının yanı);

- Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı);

- Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ("Günəş" ticarət mərkəzinin ərazisi) ünvanlarında keçirilir.

"Yarmarkalarda əhaliyə təklif olunan məhsullar Səhmdar Cəmiyyətin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilatı dəstək verilib.  Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq  kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq. Səhmdar Cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq “Eloba” brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz ucuz satılacaq", - deyə məlumatda vurğulanıb.

Yarmarkalar mart ayının sonuna qədər fəaliyyət göstərəcək.

Məqalədə : Novruz yarmarkası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
154

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
165

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
211

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
316

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
301
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 20:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru