Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2018
20:57
İraqlı jurnalist: Xocalıda silahsız insanların qətli bəşəriyyətə qarşı cinayətdir

Tanınmış iraqlı jurnalist Mutəz Muhy Əbdülhəmidin “Əl-Muraqib əl-İraqi” qəzetində “Xocalı... qəsb edilmiş torpaq və geriyə dönüşünü özləyən didərgin insanlar” sərlövhəli məqaləsi dərc edilib.

FaktXəbər-in "Azərtac"a istinadən məlumatına görə, müəllif Xocalıda törədilmiş qətliamın ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyinin pik nöqtəsi olduğunu qeyd edir. O yazır: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş Sovet İttifaqına məxsus 366-cı motoatıcı alayın dəstəyi ilə Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərini ələ keçirdi. Faciə gecəsindən əvvəl sakinlər şəhərdə qalmışdılar və hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın yerə yol tapmaq ümidi ilə mənzillərindən çıxmağa cəhd etmişlər. Lakin onların bu cəhdləri uğursuzluğa düçar olmuşdur. İşğalçılar Xocalı şəhərini dağıtmış, silahsız sakinlərə qarşı qırğın törətmişlər”.

Mutəz Muhy Əbdülhəmid Xocalıda silahsız mülki şəxslərin qətlini bəşəriyyətə qarşı cinayət hesab edir. O bildirir ki, erməni təcavüzünün tarixinə baxdıqda görünür ki, onlar 1905-1907-ci illər arasında Azərbaycan xalqına qarşı ən mənfur cinayətlər, genişmiqyaslı qanlı hadisələr törədiblər. Zorakılıq dalğası Azərbaycanın paytaxtı Bakıda başlamış, sonra ölkənin rayon və kəndlərini əhatə etmişdir. Yüzlərlə kənd dağıdılmış, yer üzündən silinmiş, Azərbaycanın minlərlə mülki sakini xüsusi vəhşiliklə qətlə yetirilmişdir. Bütün bunlardan məqsəd “böyük Ermənistan” dövləti yaratmaq idi.

Məqalədə : Xocalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
462

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
363

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
361

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
642

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
477
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 00:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru