Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
16:20
QMİ Həcc ziyarətinin qiymətinin artmasına münasibət bildirib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar üçün qiymətin artırılmasının səbəbini açıqlayıb.

İdarənin məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib ki, əsas səbəb Səudiyyə Ərəbistanında bəzi xərclərin, o cümlədən yanacağın qiymətinin artmasıdır: “Bunlar Həcc ziyarətinin qiymətinə təsirsiz ötüşməyib. Keçən il Həcc evləri tutulmuşdu, hansı ki, ora otel deyildi. Bu il isə 1000 nəfərlik otel götürülüb”.

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər. 

Məqalədə : Həcc ziyarəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
630

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
827

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
644
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 00:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru