Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2018
14:34
Mikayıl Cabbarov icra başçısının oğlunu işdən çıxarıb

Azərbaycan Vergilər Nazirliyində təmizləmə işləri davam edir. FaktXəbər-in məlumatına görə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərov Vergilər Nazirliyindəki tutduğu postdan kənarlaşdırılıb.

E. İsgəndərov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı.

O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında sabiq Vergilər Naziri Fazil Məmmədov tərəfindən təyin edilmişdi. Elnur İsgəndərov həmçinin Fazil Məmmədovun bacısı oğludur.

Xatırladaq ki, Fazil Məmmədov vəzifəsindən azad edildikdən sabiq nazirə yaxınlığı ilə seçilən şəxslər işdən çıxarılır.

Məqalədə : Xaləddin İsgəndərov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
225

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
241

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
217

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
332
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 03:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru