Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2018
09:32
Fələstinlilər ABŞ vitse-prezidenti Pensin səfərinə etiraz ediblər

İordan çayının qərb sahilində yerləşən Beytullahimdəki Mehd (Şəfəq) kilsəsi həyətində toplaşan onlarla fələstinli ABŞ vitse-prezidenti Mayk Pensin bölgəyə səfərinə etiraz edib.

FaktXəbr-in məlumatına görə, fələstinlilər ABŞ bayrağını yandırıb və Pensin səfərini pisləyən plakatlar qaldırıb.

Aksiyaya qatılan fəallardan Mazin əl-İzzə bildirib ki, bu mitinqlə Pensə Fələstin məsələsini ləğv etməyi hədəfləyən layihələrin uğurlu olmayacağı mesajını verirlər.

Yaxın Şərq turuna ötən gün Misirdən başlayan Pens İordaniyadan sonra İsrailə getmişdi. Pensin 2 gün davam edəcək İsrail səfəri çərçivəsində Knessettə çıxış etməsi və rejimin baş naziri Binyamin Netanyahu ilə görüşü gözlənilir.

Pens səfər ərəfəsində etdiyi çıxışında, Qüdsün İsrailin paytaxtı olaraq qalması lazım olduğunu söyləmişdi. Fələstin rəhbərliyi Pensin səfərini ABŞ prezidenti Donald Trampın 6 dekabr 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı verməsinə etiraz olaraq boykot qərarı çıxarmışdı.

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
150

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
175

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
200
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 19:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru