Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2018
09:07
Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib

ABŞ prezidenti Donald Trampın Fələstinin paytaxtı Qüdsün İsrailin paytaxtı kimi tanımasını özündə əks etdirən qalmaqallı qərarından sonra dünyada başlayan etirazlar hələ də davam edir. Trampın bu qərarı BMT tərəfindən də rədd eilməsinə və qərarın ləğvi ilə bağlı çağırış edilməsinə baxmayaraq, ABŞ prezidenti tələblərə məhəl qoymadı.

Dünən Fələstin Azadlıq Təşkilatının (FAT) toplantısında məsələ yenidən müzakirə edilib. Toplantının nəticəsi olaraq isə İsrailin bir dövlət plaraq tanınımayıb.

FaktXəbər-in məlumatına görə, qərarda bildirilir ki, İsrail Fələstini 1967-ci ilin sərhədləri çərçivəsində tanımayanadək, Fələstin torpaqlarında məskunlaşma siyasətinə və Şərqi Qüdsün ilhaqına son qoymayanadək FAT İsraili dövlət kimi tanımayacaq.

Bundan əvvəl  isə Fələstin lideri Mahmud Abbas İsraili 1993-cü il sazişini pozmaqda ittiham edib. 1993-cü ildə İsrailin baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının  sədri Yasir Ərəfat müvəqqəti özünüidarə tədbirləri üzrə bəyannamə (Oslo sazişi) imzalayıblar. Fələstin özünüidarə orqanları məhz həmin saziş əsasında fəaliyyət göstərir.

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
680

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
867

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
664
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 03:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru