Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2018
13:09
Donald Tramp Fələstin xalqına daha bir zərbə vurdu

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanımasından sonra etiraz edən Fələstin xalqını bir qədər də sındırmaq üçün ABŞ hökuməti daha bir addım atıb. ABŞ hökuməti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan 125 milyon dolları dondurub.

FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, bu məbləğ ABŞ-ın UNRWA-ya köçürdüyü illik haqqın üçdə birini təşkil edir. Vaşinqton pulları hələ yanvarın 1-də köçürməli idi. Bu vəsait ABŞ Administrasiyası Fələstinə yardım göstərilməsi haqqında məsələni nəzərdən keçirilməsini yekunlaşdırmayınca, dondurulacaq.

Qeyd edək ki, çərşənbə axşamı da ABŞ prezidenti Donald Tramp İsrail ilə sülh danışıqları aparmaq istəməməsi səbəbindən Fələstinə maliyyə yardımını dayandırmağı təklif edib.

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
316

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
466
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru