Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2017
14:24
Vəkili AİP lideri Mövsüm Səmədovla görüşüb
AİP lideri Donald Trampın Qüds qərarına kəskin etiraz edib

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun vəkili Cavad Cavadov Qobustan həbsxanasında ona baş çəkib. Vəkillə son günlərdə baş verən hadisələri müzakirə edən Movsüm Səmədov öz mövqeyini açıqlayıb.

FaktXeber.com İslaminSesi-nə istinadən xəbər verir ki, Azərbaycan İslam Partiyasının lideri Hacı Mövsüm Səmədov ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımaq qərarını ratifikasiya etməsinə də münasibət bildirib. AİP lideri son günlərdə Qüds ətrafında baş verən siyasi oyunlardan narahatlığını dilə gətirib. O bildirib ki, hər bir müsəlman kimi bu onu da narahat edib. Mövsüm Səmədov fikirlərini bu şəkildə ifadə edib: "ABŞ prezidentinin Qüdslə bağlı haqsız qərarı bir müsəlman və Qarabağ işğalını əyani yaşamış azərbaycanlı olaraq bizi də hiddətləndirdi. Son hadisələr onu göstərdi ki, yalnız birlik və vəhdət nəticəsində İslam dünyası qaşısına çıxan bütün problemləri, o cümlədən Qüds və Qarabağ problemini həll etmək iqtidarındadır”

Daha sonra yanvar ayının 5-də atasının vəfatı etməsinin ildönümünə görə ailəsinə başsağlığı göndərib. Vəkil Cavad Cavadov bildirir ki, Mövsüm Səmədovun səhhəti yerindədir və saxlanma şəraitində dəyişiklik yoxdur. 

Qeyd edək ki, Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov barəsində 3 il müddətinə Qapalı Tipli Həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdır.

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

Məqalədə : AİP Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
300

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
284

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
297

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
348

Sabah 39 dərəcə isti olacaq

16

İyun
13:19
ÖLKƏ
402
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 08:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru