Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2017
18:49
Eldəniz Quliyev Mövsüm Səmədovla görüşüb

"Bu gün nəhayət ki, Qobustan həbsxanasında Mövsüm Səmədovla görüşə bildim. Əhval-ruhiyyəsi yaxşı idi. Dost-tanışlara, İslam Partiyasının üzvlərinə, sədr əvəzi Hacı İlham Əliyevə, eləcə də dini camiyə - İslami, əxlaqi və mənəvi dəyərlər uğrunda mübarizə aparan bütün qardaş-bacılara salamlarını göndərdi."

FaktXəbər-in məlumatına görə, bu barədə Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev AİP lideri Mövsüm Səmədovla görüşündən sonra bildirib.

Onun sözlərinə görə, AİP lideri həmçinin insan hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyət göstərən Leyla Yunusa, vəkil Yalçın İmanaova xüsusi sayğı və minnətdarlığını çatdırmağı xahişi edib:

"Hacı Mövsümlə ölkədə və dünyada baş verən hadisələr barədə geniş fikir mübadiləmiz oldu. Deyim ki, dəyərli hacı bütün əhəmiyyətli hadisələrdən xəbərdardır; olaylara münasibətdə isə, həmişə olduğu kimi, böyük ruh yüksəkliyi və mübarizə əzmi nümayiş etdirir. O, ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını, sözün əsl mənasında, siyası sərsəmlik kimi dəyərləndirdi və bu bədnam qərara qarşı sərt şəkildə etiraz etməyin vacibliyini vurğuladı. Ölkənin dini kəsimi ilə mütərəqqi düşüncəli ziyalıların, habelə mənəviyyatlı yaşam tərzi, xoşbəxt və demokratik Azərbaycan uğrunda mücadilə aparan insanların bir araya gəlməsinin talehyüklü məsələ olduğunu vurğuladı. 

Məndə belə təəssürat yarandı ki, Hacı Mövsüm Səmədov azadlıqda yaşayanların çoxundan azaddır. Və bir daha əmin oldum ki, iman sahibi, ibadət əhli, özünün dini dəyərlər daşıyıcısı missiyasını dərk edən, ən başlıcası, ruhən azad olan insan üçün həbsxana divarları və qıfıllı qapılar heç vədə qorxulu reallıq sayılmır!..

Allah-Təalanın köməyi və haqq uğrunda mübarizə sayəsində o qapılar da, o qıfıllar da açılar, inşallah!"

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
295

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
284

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
297

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
348

Sabah 39 dərəcə isti olacaq

16

İyun
13:19
ÖLKƏ
402
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 08:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru