Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2017
10:04
Dünyanın danışdığı fələstinli uşağın yeri bilindi-FOTO

ABŞ prezidenti Donald Trampın Qüds qərarı Fələstin küçələrində yeni bir intifadanın başlanmasına səbəb oldu. Bütün dünya  Fələstində baş verənlərdən anbaan məlumat verərkən, gündəmə bir foto damğasını vurmuşdu.

FaktXeber.com-un məlumatına görə, şəkildə İsrail əsgərləri tərəfindən saxlanılan 14 yaşlı Fevzi Əl-Cunidi  adlı fələstinli uşaq gözləri bağlı halda aparılır.

22 İsrail əskəri tərəfindən gözləri bağlı halda saxlanılan Muhəmməd Əl–Cunidinin ailəsi övladlarından xəbər almadıqlarını bildiriblər.

Uşağın əmisi Rəhad Əl –Cunidi baş verənlər haqqında deyir: «Bu fotoya baxmaq başqalarına bu qədər acı verərkən, gör ailəsi olaraq biz nələr çəkirik. 14 yaşındakı silahsız bir uşağı cani kimi həbs ediblər. Ətrafdakılardan onun yaralı olduğunu öyrəndik. Görüşməyə izn vermirlər. Atası və anası çox xəstədi. Atası 5 əməliyyt keçirib. Ailəsinin qayğısına Fevzi qalırdı. Həmin vaxt da valideynlərinə dərman almaq üçün çıxmışdı. Müdafiəsiz uşağa necə belə vəhşicəsinə davranmaq olar? Bizə sadəcə bu gün saat 13.30-da məhkəməsinin olacağı deyildi. Nə vəziyyətdə olduğuna dair heç bir məlumatımız yoxdur. Ancaq bunlar bizi qorxutmaz. Mübarizəmiz hər zaman davam edəcək. Biz Fələstinin  uşaqlarıyıq. Bu qərara əsla razı olmayacağıq. Uşaqlarımıza  qəlbinə və ağlına  Qüdsün Fələstinin paytaxtı olduğunu həkk etdik. Bu, əsla silinməz».

Anadolu Ajansı bildirir ki, Cunidi Beytullahim yaxınlığında hərbi həbsxanada saxlanılır.

Məqalədə : Fələstinli uşaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
190

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
296
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 15:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru