Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2017
10:34
Nəsrullah: Qüds Fələstinin əbədi paytaxtıdır

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı elan olunması ilə bağlı qərarına dünya ölkələrindən etirazlar gəlməkdə davam edir. Livanın Hizbullah təşkilatının lideri Seyid Həsən Nəsrullah da dünənki çıxışı zamanı bildirib ki, Qüds Fələstinin əbədi paytaxtıdır.

Hizbullah lideri yeni qərarın böyük suallar ortaya qoyduğunu vurğulayıb: "Biz ikinci Balfor deklarasiyası ilə üzləşmişik. ABŞ bu qərarı ilə Şərqi Qüdsdəki fələstinlilərlə nə etmək fikrindədir? Onlar deportasiya olunacaq? Buradakı fələstinlilər israilli olacaq? Evləri və torpaqları nə olacaq? Qüdsü, işğalı genişləndirərək böyük Qüds şüarı ilə İordan çayının Qərb sahilinə doğru böyütmək istəyirlər? Müsəlman və xristianların müqəddəs məkanları necə olacaq?"

Seyid Həsən Nəsrullah həmçinin dünyanı Qüds məsələsində həmrəy olaraq məlum qərara etiraz etməyə çağırıb: "Bu qərardan sonra ABŞ üçün sülh prosesi və Fələstin mübarizəsi sona çatıb. Sülh prosesi əslində qurtarmışdı, lakin bunu elan etmək cəsarətini Tramp göstərdi. Dünyanın əksər ölkələri və ərəblərin hamısı bu qərara etiraz edir. ABŞ-ın Avropa və Ərəb müttəfiqləri bunu qəbul etmirsə, onda beynəlxalq ictimaiyyət və qərarlara hörmət harada qaldı? Bu gün Trampın addımı ilən ABŞ-ın xalqlarımıza, bölgəmizə, coğrafiyaya, tarixə, xalqların müqəddəslərinə qarşı açıq təcavüzü ilə qarşı-qarşıyayıq. Bu gün görürük ki, İsrailin qüruru, şərəfi və təhlükəsizliyi ABŞ üçün bütün dünyanın təhlükəsizliyindən daha əhəmiyyətlidir. Dövlət rəsmiləri, hökumətlər, partiyalar, təşkilatlar, gənclər, qadınlar, bir sözlə hamı bu qərarı rədd edən mövqeni söz və ya bəyanat şəklində sosial şəbəkə və mediada nümayiş etdirməlidir. Susmaq olmaz. Sözlə heç nə həll olmayacaq deməyin. Sionist səfirlərin bağlanması və sionist səfirlərin qovulması lazımdır". 

Məqalədə : Nəsrullah 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
245

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
201

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
205

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
485

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
356
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 14:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru