Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2017
16:46
Qüds işğal edilmiş Fələstin torpağıdır - SƏFİR

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarı Fələstinin sülh cəhdlərinə vurulan güclü, dağıdıcı zərbə olaraq qiymətləndirilir. O, Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ərazilərin işğal edilməsinə dəstək verdiyini açıq şəkildə elan  edib.

FaktXəbər-in məlumatına görə, bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına  dair mövqeyi barədə  münasibət bildirərkən deyib.

Səfir deyib ki, beynəlxalq qanunvericilik baxımından Şərqi Qüds işğal edilmiş Fələstin torpağıdır: “Təəssüf ki, o Netanyahunun rəhbərlik etdiyi müstəmləkiçi, şovinist bir hökumətin yanında vasitəçi olmağa qərar verib. Bu hökumətdə ədalətli sülhə inanmayan, açıq şəkildə sülh cəhdlərinə olan düşmənçilikləri haqqında danışan və fələstinlilərə qarşı öz irqçiliklərini göstərən ən qatı ekstremist sionistlər cəmləşib. Bu yeni vəziyyətin fonunda ABŞ-ın bu qeyri-qanuni elanından sonra konstruktiv rol oynaması mümkünsüzdür. Təəssüf ki, D.Trampın çıxışı bütün fələstinlilər, ərəblər, müsəlmanlar, xristianlar və dünyada olan sülh tərəfdarlarının hisslərinə qarşı təxribatçı çıxış idi. O zülm və ekstremist qüvvələrə pulsuz hədiyyə bəxş edib”.   

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
316

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
466
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru