Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2017
09:12
On minlərlə Fələstinli meydanlara töküldü - FOTO-VİDEO

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını açıqlamasından sonra işğal altındakı İordan çayının qərb sahili ilə İsrail blokadası altında olan Qəzzanın bəzi yerlərində keçirilən etiraz aksiyalarında fələstinlilər ABŞ və İsrail bayraqlarını, Trampın şəkillərini yandırıblar.

FaktXəbər-in məlumatına görə, minlərlə fələstinli Ramallah, Əl-Xəlil, Beytullah, Kalkiliya, Tubas, Nablus və Eriha şəhərlərində meydanlara tökülüb.

Onlar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

Digər tərəfdən, Fələstin Milli və İslami Qüvvələr Heyəti tərəfindən yayımlanan birgə bəyanatda işğal olunmuş ərazilərdə ümumi tətil elan ediləcəyi bildirilib. Bəyanatda ABŞ və İsrail əleyhinə keçirilən aksiyaların davam etdirilməsi çağırışı da edilib.

İsrail blokadası altında olan Qəzza zolağının Rifah və Cibaliya mahalları ilə Nuseyrat qaçqın düşərgəsində də nümayiş keçirən on minlərlə fələstinli, böyük bir qəzəblə ABŞ və İsrail bayraqlarını yandırıblar.

Qüdsdəki yarım əsrlik işğal yeni bir formaya keçib

Şərqi Qüdsü 5 iyun 1967-ci ildə işğal edən İsrail 1980-ci ildə birtərəfli olaraq şəhərin şərqini və qərbini "birləşmiş paytaxtı" elan etmişdi.

BMT 1980-ci ildə qəbul etdiyi 478 saylı qərarla İsrailin ilhaq və paytaxt elanını etibarsız saymışdı.

BMT qərarı çərçivəsində ABŞ, o cümlədən beynəlxalq cəmiyyət Şərqi Qüdsün işğal altında olduğunu qəbul edir. İsrail hakimiyyətini tanıyan bütün ölkələrin səfirlikləri Təl-Əvivdə yerləşir. Heç bir ölkə Qüdsü, ya da şərq və qərb hissələrini paytaxt kimi qəbul etmir.

 ABŞ Trampın həmləsi ilə Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk ölkə oldu.

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru