Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2017
14:06
Ayətullah Xamenei: ABŞ Fələstin məsələsində acizdir

İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Sadiqin (ə) mövludu ilə bağlı İranın paytaxtı Tehranda keçirilən İslam Birliyi Konfransında çıxış edən Ali lider Ayətullah Seyid Əli Xamenei gündəm mövzusu olan Qüds məsələsinə toxunub.

FaktXəbər-in İRİB-ə istinadən məlumatına görə, Ayətullah Xamenei bildirib ki, Qüdsü, işğal olunmuş Fələstinin bir parçasını paytaxt elan etmək, bu iddiada olanların zəifliyinin, acizliyinin və bacarıqsızlığının nişanəsidir: "Fələstin məsələsində onların əli bağlıdır və məqsədlərinə nail ola bilməzlər. ABŞ Fələstinlə bağlı istək və planlarını həyata keçirməkdə acizdir. Fələstinlilər azad olacaq, Fələstin zəfər çalacaq

"Bu gün düşmənlər - ABŞ, beynəlxalq imperializm, sionist rejim, mürtəcelər və şəhvətpərəstlər İslam ümməti və Peyğəmbərin yolu qarşısında sıraya düzülüblər. ABŞ, sionist rejim və onun regiondakı ardıcılları zəmanənin Fironlarıdır. ABŞ rəsmiləri regionda müharibə yaratmaq istəyirlər. Belə ki, sionist rejimin təhlükəsizliyi qorunsun. Təəssüflər olsun ki, regional hakimlər və ziyalılar ABŞ-ın çaldığı havaya oynayırlar", - deyə Ali lider bildirib.

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
301

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
233

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
236

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
511

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
382
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 15:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru