Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2017
15:57
Məcburi köçkünlər büdcə müzakirələrindən narazıdırlar

Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclasında parlamentdə keçirilən büdcə müzakirələrindən ciddi narazılıq ifadə olunub. Dondurulmuş əmək haqlarını ala bilməyən məcburi köçkünlər gələn ilin büdcəsinə onlara veriləcək vəsaitin daxil olunmasını tələb edirlər. Onlar müzakirələr gedən günlərdə Milli Məclisin qarşısında olublar, parlamentin rəhbərliyinə, deputatlara, xüsusilə də Qarabağdan olan millət vəkillərinə müraciət ediblər. Təəssüf ki, hələlik bu müraciətlərin nəzərə alındığı hiss olunmur. Müdafiə Komitəsinin üzvləri Akif Nağı, Əlövsət Sadıqlı, Vidadi Turablı, Rasim Hüseynov və digərləri çıxış edərək bildiriblər ki, dondurulmuş əmək haqqı alan məcburi köçkünlərə qarşı haqsızlıq edilib, onlar aclıq təhlükəsi ilə üz-üzə qalıblar, dövlət başçısı bununla bağlı ölçü götürülməsi üçün tapşırıqlarını verməlidir. Məcburi köçkünlər haqlı tələblərində israrlıdırlar, davamlı addımlarını atacaq, daha təsirli etiraz formalarından istifadə edəcək, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəklər.

Məqalədə : məcburi köçkün 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
235

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
224
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 04:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru