Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2017
15:09
Partlayıcı maddələrin gömrük rüsumları artırılıb

Azərbaycana idxal edilən partlayıcı maddələrə tətbiq edilən idxal gömrük rüsumları artırılıb.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda hərbi məqsədlər istisna ilə, digər hallarda ölkəyə gətirilən barıt, barıtdan başqa hazır partlayıcı maddələr, odkeçirən naqillər və detonasiya naqillərinə 3 faiz idxal gömrük rüsumu tətbiq edilir.

Yeni qərara əsasən gələn il yanvarın 1-dən bu partlayıcı maddələrə 5 faiz idxal gömrük rüsumları tətbiq olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycana hərbi məqsədlər üçün idxal edilən barıta idxal gömrük rüsumundan azaddır. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən Azərbaycana hərbi məqsədlər üçün idxal edilən barıta idxal gömrük rüsumu tətbiq edilməməsi qüvvədə saxlanılıb.(apa)

Məqalədə : partlayıcı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
150

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
206

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
417

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
459

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
651
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 11:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru