Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2017
21:20
Fələstin ABŞ-la bütün əlaqələri kəsdi!

Fələstin rəhbərliyi Fələstin Azadlıq Təşkilatının (FAT) Vaşinqtondakı ofisinin lisenziyasının uzadılmasını təsdiq etmədiyi üçün ABŞ ilə bütün əlaqələri kəsdiyini açıqlayıb.

FaktXəbər-in məlumatına görə, ABŞ rəsmi orqanları FAT-ın İsrailə qarşı Beynəlxalq Haaqa Məhkəməsinə təqdim etdiyi şikayəti geri götürməməsi və İsraillə birbaşa danışıqlara qatılmaması vəziyyətində, təşkilatın Vaşinqtondakı hüquqi vəziyyətinin ləğv ediləcəyini və nümayəndəliyinin lisenziyasını uzadılmayacağını açıqlamışdı.

Qeyd edək ki, Fələstin rəhbərliyi 2015-ci ilin aprelində Beynəlxalq Haaqa Məhkəməsinə qoşulub və İsrailin 2008 və 2014-cü illərdə Qəzzaya təşkil etdiyi hücumlar başda olmaqla fələstinlilərə qarşı cinayətlərinin araşdırılmasını tələb etmişdi.

İsrail ilə Fələstin arasındakı sülh danışıqları İsrailin, "1967-ci il sərhədlərini, məcburi köçə məruz qoyulan fələstinlilərin geri dönüş haqqını və yeni yəhudi yaşayış məntəqələrinin inşasına son qoymağı qəbul etməməsi" üzündən 2014-cü ilin aprelin dayandırılıb.

Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
175

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
190

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
215
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 20:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru