Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2017
11:48
`Lotu Quli`nin adamları həbsxanadan qaçdılar - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) məhkumların qaçması haqqında məlumat yayıb.

PX-in İctimaiyyətlə əlaqələr şöbəsindən Faktxeber.com-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə. Ağami barəsində  müvafiq məlumatlar təqdim edilib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanmış, istintaq aparılır.

Axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, o, və qardaşı Zaur Ağami “Lotu Quli” ilə “Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.

Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən mübahisədən sonra saxlanılıb. Həmin görüşdə “Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək  öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də “Abdulla” kimi tanınır. Bir pasportda o “Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə “Hüseynov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.

 *****

Şirvandan Bakıya etap olunan məhkumlardan ikisi qaçıb.

Məhkumlar Şirvandan qatarla Bakıya gətirilirmiş. Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar.

Hazırda qaçan məhkumların axtarışı davam edir. 

Məqalədə : Məhkumlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru