Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2017
10:30
İsmarıcı səhv tərcümə olunan fələstinli gənc İsrail polisi tərəfindən saxlanılıb

Feysbuk səhifəsində statusu səhv tərcümə olunduğu üçün fələstinli gənc İsrail polisi tərəfindən həbs edilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə The Times of İsrael xəbər yayıb.

Fotoda inşaat meydanında, buldozerin yanında əlində qəhvə olan gənc görünür. Hüquqmühafihəçilər statusu oxumaq üçün səhifəni avtomatik tərcüməsindən istifadə ediblər. Nəticədə «Sabahınız xeyir!» sözü «Onlara zərər verin» kimi tərcümə olunub. Polislər  gəncin bu buldozerlə hücuma keçəcəyini düşünüblər. Fələstinli hücumda şübhəli kimi saxlanılıb.

Qeyd edək ki, Feysbook-da əksər vaxt sözlərin tərcüməsi həqiqi mənası ilə düz gəlmir.

Məlum olub ki, gənc tikinti meydanında adi fəhlədir. Məsələ ortaya çıxdıqdan sonra o, azad olunub.

Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
195

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
301
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 16:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru