Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2017
16:15
Fələstinin Ət-Tuvani rayonunda azan verilməsi qadağan olundu

FaktXeber.com-un İslam-Today-ə istinadla verdiyi məlumata görə, İsrail İordan çayının Qərb sahilində  səsgücləndiricilərlə azan verilməsini qadağan edib. Uyğun qərar namaza çağırışın  yəhudi sakinləri  narahat etməsi ilə əlaqələndirib.

Xevronda Xalq Müqavimət  Qüvvələri Komitəsinin koordinatoru  Ratib əl –Cəburun  sözlərinə görə, İsrail  ordusunun əsgərləri  Ət-Tuvani kəndində reyd keçirib və şifahi şəkildə müsəlman sakinlərə  səsgücləndiricilərlə azan verməyi yasaqlayıb.

Hərbçilər xəbərlarlıq ediblər ki, uyğun qadağaya riayət olunmayacağı təqdirdə təkrar reyd keçirəcəklər.

Əl—Cəbur əlavə edib ki, israilli əsgərlər və sakinlər tez-tez  Ət-Tuvani kəndinin  sakinlərinə qarşı  provokasiyalar həyata keçirirlər.

Qeyd edək ki, İsrail tərəfindən işğala məruz qalan Şərqi Qüdsdə təqribən 200 min, İordan çayının Qərb sahilinlə isə 400 min yəhudi sakin yaşayır. Beynəlxalq ictimaiyyət bu ərazilərdə yəhudilərin məskunlaşmasını qeyri-qanuni hesab edir.

Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru