Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2017
22:23
Azərbaycandakı həbsxanalarda neçə “qanuni oğru” cəza çəkir? - Penitensiar Xidmətdən CAVAB

Ötən il Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı “qanuni oğru”su "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev İstanbulda Rusiyadan göndərilmiş 6 nəfərlik killer qrupu tərəfindən güllələndi.

O, Seymur Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra sui-qəsdlə öldürülən növbəti  azərbaycanlı “qanuni oğru” oldu.

 

Hazırda dünyanın müxtəlif həbsxanlarında saxlanılan azərbaycanlı “qanuni oğrular”dan Rüfıt Gəncinski, Rafiq Masallinski, Hacı Beyləqanski, Emin Hacıqabulski, Arif Sumqayıtski, Zaur Şipilov və başqaları var.

Azərbaycandakə cəzaçəkmə müəssisələrində saxlanılan məşhur “qanuni oğru”lardan isə Lotu Quli kimi tanınan Nadir Səlifovun adı məlumdur.

 

“Lotu Quli” 1972-c il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan Lotu Quli Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skaype vasitəsilə iştirak edib. Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalıdır.

O, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Maraqlıdır, Azərbaycandakı cəzaçəkmə müəssisələrində Lotu Qulidən də savayı “qanuni oğru”lar varmı?

Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik  Mehman Sadıqov deyib ki, məhkum məhkumdur, onun hansı aləmdə məşhur olması ədliiyə qurumu üçün əsas deyil:

 

“Azərbaycanda olan bütün məhkumlara eyni münasibət sərgilənir. Bu və ya digər məhkum kriminal aləmdə müəyyən nüfuza malikdirsə, onlarla bağlı lazımi işlər aparılır. Qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycanda bütün cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında kimliyindən asılı olmayaraq bütün məhkumların cəzalarının icrası və çəkilməsi şərtlərinə tam riayət olunur. Kimin hansı aləmdə, hansı nüfuzu qazanmağından asılı olmayaraq, hər bir məhkum bizim üçün eynidir və qanun qarşısında bərabərdir”.

M.Sadıqov bildirib ki, hansısa məhkumun “qanuni oğru” statusu alması ona əlavə güzəştlər vermir. (Modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
381

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
531
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 09:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru