Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2017
13:50
Azərbaycan İslam Partiyası İmam Rzanın (ə) mövludu münasibətilə tədbir keçirdi - FOTO

“148-ci Hicri-qəməri ilinin Zilqədə ayının 11-də, miladi tarixi ilə avqustun 4-də Mədinə şəhərində İmam Kazımın (ə) evində bir uşaq dünyaya gəldi və atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə götürdü. Bu körpənin adını Əli, ləqəbini isə Rza qoydular. Atası İmam Museyi Kazım öz əshabına həmişə  “məndən sonra İmam Əli olacaq”-deyə buyurardı.“

Bu barədə Azərbaycan İslam Partiyasının yayımladığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycan İslam Partiyası İdarə Heyətinin qərarı ilə iyulun 25-i Xanım Məsumənin mövludu ilə başlanmış “kəramət ongünlüyü” bayramı münasibətilə geniş tədbirlər proqramı həyata keçirib. Partiya rəhbərliyi ilk növbədə xalqımızı, dünya müsəlmanlarını səkkizinci imamımız İmam Rzanın (ə) mövludu münasibətilə təbrik edib. 

“AİP ənənəvi olaraq İslam dininin təbliğində, dinimizin cəmiyyətimiz üçün aktual və vacib əməllərinin icra olunması, qorunması və inkişaf etdirilərək geniş yayılmasında müstəsna rolu olan, bu istiqamətdə cəsarətli addımlar atmaqla əlaqədar təqib, təhdid və həbs olunan dindarların ailələrinə baş çəkib, onlara bayram sovqatları təqdim edib. 

Partiya rəhbərliyi hesab edir ki, İslamın tarixi şəxsiyyətlərinin - xüsusən Peyğəmbər və onun mübarək Əhli-beytinin mövlud və şəhadət tarixlərinin geniş ictimaiyyət tərəfindən, həmçinin xalqının 95 faizi müsəlman olan dövlətimiz səviyyəsində qeyd olunmasını vacib sayır. Bu, öz növbəsində dinimizin həqiqi dəyərlərinin qorunması, xalqımızın monolitliyi, torpaqlarımızın azadlığı və istiqlaliyyəti uğrunda insanlarda mübarizliyin istənilən  həddə çatdırılması üçün də çox qiymətlidir.

Biz, haqsız olaraq zindanlara məhkum edilmiş, fəaliyyətlərinə müxtəlif məhdudiyyətlər yaradılmış, İslam aliminin məsciddə adi namaz qılması qadağan edilməklə həbs edilmiş bütün qardaşlarımızın tezliklə qapılarının açılmasını Allahdan diləyir, ailələrinə səbir və can sağlığı arzulayırıq. 

Bayramınız mübarək olsun. Amin!”

Məqalədə : AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
295

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
490

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
479
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 20:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru