Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2017
11:38
Pakistan, Fələstin xalqının yanında olduğunu açıqladı

FaktXəbər-in verdiyi məlumata görə, Pakistan Xarici İşlər Nazirliyi, fələstinlilərə qarşı davam edən İsrail rejiminin zorakılıqlarını və müsəlmanların Əl-Əqsa məscidinə daxil olmalarına törədilən masneləri tənqid edib.

Rəsmi Pakistan, İsrail rejiminin fələstinli nümayişçilərə qarşı güc tətbiq etməsindən narahat olduğunu bildirib.

Açıqlamada, İsrailin fələstinli nümayişçilərə tətbiq etdiyi siyasətin beynəlxalq insan haqqlarına zidd olduu qeyd edilib: "Biz öz haqqlarını tələb edən Fələstin xalqı və hökumətinin yanındayıq. Pakistan, Fələstinə dəstəyini bir daha xatırladır və paytaxtı Qüds olan, müstəqil, suveren, sərhədləri müəyyən Fələstin dövlətinin yaradılmasını dəstəkləyir".

Qeyd edək ki, məscidin içində 3 fələstinlinin şəhid edilməsindən sonra orada ibadət qadağan edilmişdi. Daha sonra məscidin iki qapısı açılsa da, ora metal detektorlar quraşdırılmışdı ki, bu addım etirazlara səbəb olmuşdu. Fələstinlilər öz etirazlarını bu qapıların önündə namazlarını qılaraq bildirirdi. 

Əl-Əqsa məscidinin işğalçı rejim tərəfindən işğalı və məscidin girişində metal detektorların quraşdırılması dünyanın bir çox ölkələrində etiraz aksiyaları ilə qarşılandı. Bir çox ölkələrdə İsrail əleyhinə etiraz aksiyaları keçirildi və Əl-Əqsa məscidinə olan hörmətsizliyə son verilməsi tələb olundu. 

Məqalədə : Əl-Əqsa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru