Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2017
11:41
Sumqayıtda məcburi köçkünlər üçün 936 mənzil tikiləcək

“Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 936 mənzilin tikintisinə başlanılıb. Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş 2017-ci il 9 mart tarixli müşavirədə bir sıra mühüm problemlərə toxunan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırıq Sumqayıt şəhərində uğurla icra olunur”.

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Modern.az-a açıqlamasında deyib. O bildirib ki, indiyədək şəhərdə qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları inşa olunmayıb.

“Bu işlərə Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığından sonra start verilib. Belə ki, çoxmərtəbəli binaların tikilməsi üçün şəhər İcra Hakimiyyəti tərəfindən 12-ci mikrorayon ərazisində 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə böyük bir şəhərcik salınır. 2017-ci ilin fevral ayından tikintisinə başlanılan şəhərciyin 2018-ci ilin may ayında tam istifadəyə verilməsi planlaşdırılıb”.

Qurum rəsmisi bildirib ki, şəhərcikdəki bunların altısı 8 mərtəbəli, ikisi 14, daha ikisi isə 15 mərtəbəli olacaq.

“Bu binalarda ümumilikdə 936 mənzil nəzərdə tutulub ki, onlardan da 278-i 3 otaqlı, 520-si 2 otaqlı, 138-i isə 1 otaqlı olacaq.

Sumqayıtda respublikamızın 10 şəhər və rayonundan 52 mindən çox qaçqın və məcburi köçkün məskunlaşıb. İlkin mərhələdə qəzalı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər yeni binalardakı mənzillə təmin ediləcək. Sumqayıtda 15-ə yaxın qəzalı yataqxana var. Məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlər, yataqxanaların əksəriyyəti sanitar norma və tələblərə cavab vermir. Bu mərhələdən sonra isə uşaq bağçalarında, məktəblərdə, vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər yeni binalara köçürüləcək”. 

Məqalədə : Mənzil tikiləcək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
301

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
233

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
236

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
511

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
382
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 15:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru