Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2017
15:39
Mövsüm Səmədov 10 günlük karserə salınıbmış

Vəkil Yalçın İmanov bu gün 12 saylı Cəza Çəkmə Müəssisəsində AİP lideri Mövsüm Səmədovla görüşüb.

Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Yalçın İmanov müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyib: “İyun ayının 20-də, 10 gün müddətinə karsa salınıb. Hacı Mövsüm Səmədovun dediyinə görə, bir nəfər dustağı əl-ayağı bağlı karserə salıblar. O və digər məhbuslar buna etiraz etdikləri üçün Səmədovu guya intizamı pozduğuna görə, cərimə təcridxanasına salıblar. Bu gün Mövsüm Səmədov karsdan çıxıb. Çıxan kimi onun barəsində yenidən akt tərtib ediblər. Başqa otaqda saxlanılan məhbus özünə rəfdə olan alətlə xəsarət yetirib. Bu səbəbdən də, bütün məhbusların, o cümlədən Mövsüm Səmədovun kamerasında olan şkaflar həbsxana nəzarətçiləri tərəfindən götürülüb. Hacı Mövsüm Səmədov isə özündə olan Quran kitabını saxlamaq üçün ipdən qab duzəldib. Həbsxana nəzarətçiləri isə öz növbəsində həmin əşyanı  götürüblər. Onlar guya Səmədovun bu vasitə ilə hər hansı bir məlumatı digər dustaqlara ötürmək niyyətində olduğu qənaətinə gəliblər. Bu səbəbdən də akt tərtib edilib”.

Vəkil əlavə edib ki, Hacı Mövsüm Səmədovun yenidən Qobustan təcridxanasına  köçürülməsinə etiraz olaraq çıxarılan qərardan apellyasiya şikayəti verilib: “Yaxın günlərdə apellyasiya məhkəməsi olacaq. Lakin qərarın dəyişəcəyini güman etmirik. Buna rəğmən Səmədova qarşı ardıcıl olaraq qanunsuz intizam tədbirlərinin görülməsi digər niyyətlərdən xəbər verir. Apellyasiya şikayətinin iyulun 10-da keçiriləcəyi ilə bağlı məlumatlar da mövcuddur”.  

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
867

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
857

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1249

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1199
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 07:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru