Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2017
16:15
Xarici valyuta ilə kredit ödəyənlərin nəzərinə! Konstitusiya Məhkəməsi aydınlıq gətirdi

Konstitusiya Məhkəməsi kreditlərin xarici valyutada verilməsi ilə bağlı qəbul edilmiş qərarla bağlı məsələyə aydınlıq gətirib.

Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan hüquqi mövqelər, bir qayda olaraq, Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla formalaşdırılır.

Bir müddət əvvəl mətbuatda adı çəkilən kreditlərin xarici valyutada verilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması məsələsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında öz əksini tapıb.

Bu Qərar Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Göyçay Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilib.

Qərarda, ilk növbədə, kreditlərin xarici valyutada verilməsinin Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə zidd olub-olmaması məsələsinə aydınlıq gətirilib. Bununla yanaşı, mülki qanunvericiliyin xarici valyutada olan kredit müqaviləsinin bağlanmasına, belə müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair müvafiq normaları, həmçinin pul vahidinin dəyərinin (məzənnənin) dəyişilməsi ilə valyuta dəyişməsinin nədən ibarət olması şərh edilib.

Birinci məsələ ilə bağlı Konstitusiya Məhkəməsi belə nəticəyə gəlib ki, Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında əmanət və borc münasibətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması Konstitusiya  ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı.

Konstitusiyanın tələblərinə əsaslanaraq valyuta, bank və mülki qanunvericilik kredit və əmanət üzrə münasibətlərin obyekti kimi xarici valyutanın dövriyyəsini nəinki istisna edir, əksinə onun mülkiyyətçilərinin hüquqlarının müdafiəsinə təminat verir.

Həmin Qərarda Konstitusiya Məhkəməsi bir sıra normativ hüquqi aktların müvafiq müddəalarını təhlil edərək hesab etmişdir ki, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilər və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.  

 İkinci məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin müvafiq maddələrini şərh edərək belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməlidir. Lakin müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

Qeyd edilməlidir ki, oxşar qayda bir çox xarici dövlətlərin qanunvericiliyində də mövcuddur.

Konstitusiya Məhkəməsinin Plenumunu onu da vurğulamışdır ki, bazar iqtisadiyyatında və hüquqi cəmiyyətdə qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərə riayət edilməsi və icra edilməsi mülki-hüquq münasibətləri üçün vacibdir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu Qərarın nəticə hissəsində əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi barədə tövsiyə vermişdir.

Azərbaycan Respublikasının hüquq sistemini təhlil edən hər bir şəxs dərk edir ki, ölkəmizdə konstitusiya ədalət mühakiməsini həyata keçirən Konstitusiya Məhkəməsi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına, habelə qanunların şərh edilməsinə dair qərarlarda hər-hansı tərəfin xeyrinə və yaxud ziyanına mövqe ifadə etmir. Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən biri Konstitusiyadan irəli gələn qanunvericilikdə hər hansı ziddiyyətli və yaxud dolğun olmayan anlayışlara və yanaşmalara aydınlıq gətirməkdən ibarətdir.

Məqalədə : kredit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
472

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
363

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
376

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
647

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
477
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 01:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru