Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2017
21:29
AİP-in mövlud tədbirinin keçirilməsinə icazə verilməyib
Partiya Azərbaycan xalqını təbrik edib

Məlum olduğu kimi, hicri-qəməri təqvimi ilə 255-ci il şəban ayının 15-ci günü İslam 12-ci İmamın mövlud günüdür. Azərbaycan İslam Partiyası bu müqəddəs gün münasibətilə bayram tədbiri keçirməyi planlaşdıraraq qonaqlar dəvət edib.

Qurumun mətbuat xidmətindən "İslaminSesi"nə verilən məlumata görə, bayram tədbirinə bir gün qalmış tədbirin keçiriləcəyi məkanın rəhbərliyi qonaqları qəbul etməkdən imtina edib. Məlumatda  qeyd edilir ki, bəzi dairələr İslam müqəddəslərinin həyatına dair tarixi günlərin geniş qeyd edilməsinin qarşısının alınması başa düşülən deyil. Bildirilir ki, belə günlərin və dinimizin müqəddəs şəxsiyyətlərinin həyatına dair məqamların geniş qeyd olunması cəmiyyətimiz, onun mənəvi kamilliyi üçün əhəmiyyətli məsələdir.

AİP müvafiq dairələrin belə addımlarını cəmiyyətimizə, milli-mənəvi-dini dəyərlərimizə zidd addım kimi qiymətləndirib və etirazını bildirib.

Azərbaycan İslam Partiyası Həzrət Mehdinin (ə.c) mövludu münasibətilə Azərbaycan xalqını təbrik edib.Təbrikdə deyilir..

Əziz müsəlman qardaş və bacılar, Sizləri əsrin sultanı İmam Mehdi Sahib əz-Zaman(ə)-ın dünyaya gəlişi münasibətilə başda Həzrətin naibi, Vilayəti-fəqih, Ayətullahul-uzma Seyid Əli Xameneyi olmaqla səmimi qəlbdən təbrik edirik. Allah təala sizləri O Həzrətin şəfaətindən binəsib etməsin. Allah İmamın zühurunu təcil etməklə yer üzü müsəlmanlarının intizarını qaldırsın.

Həzrət Mehdi (ə.f.ş.) 255-ci hicri-qəməri ilinin şəban ayının 15-ci günü Samirrada dünyaya göz açıb. 260-cı hicri-qəməri ilinin rəbiul-əvvəl ayının 8-də Ağanın beş yaşı olanda qeybə çəkilib. İmamın(ə) intizarı mədəniyyətinə malik xalqımız O Həzrətin(ə) yolunu səbirsizliklə gözləyir. Müsəlmanlar Ağanın gəlişi ilə  yer üzündə zülmə qarşı mübarizənin və həqiqi ədalətin qələbə çalacağına və bərpa olacağına  inanırlar. İnşaAllah o günün gələcəyini Allah bizlərə nəsib etsin.

Müsəlman torpaqlarının müxtəlif qütblər tərəfindən işğal edilərək istismara məruz qalması, İslam müqəddəslərinə hörmətsizlik,   dinimizin möminlər tərəfindən əziz tutulan ayin və rituallarının qarşısının alınması, yersiz qadağalar düşünürük ki, İmamın(ə) zühurunu daha  da tezləşdirəcək. Sapı özümüzdən olan baltalar hələ başa düşmək istəmirlər ki, Allahın dinimiz üçün təqdir etdiyi vacib məsələləri heç bir qüvvə təkzib edə, qarşısın ala bilməz. Əslində hər bir sıxıntının özü zülm və ədalətsizlikdir.

Partiyamızın bu günə təşkil etdiyi mövlud tədbiri hesab edirik ki, hər bir müsəlman üçün fəxr olunacaq məsələ idi. Təəssüflər olsun ki, islamofobiya problemləri hələ də möminlərin xoş olan niyyətlərinin reallaşmasına ciddi maneələr törədir.İnsanların sevincinə səbəb olacaq bayram mərasiminin yenə də təxirə salınması bəzi dairələrin dinimizə qarşı xoş olmayan niyyətlərindən irəli gəlir.

Əziz gün, sabahımızın və axirətimizin ümid çırağı, İlahi zühurun şanlı əsgəri İmam Zamanın mövludu günü münasibətilə xalqımızı, hər bir müsəlman qardaş və bacılarımızı, bütün dünya məsəlmanlarını bir daha ürəkdən təbrik edir, hər kəsə can sağlığı, iman kamilliyi, xoş güzəran və xoş olan axirət diləyirik. Allah əziz bayramınızı mübarək etsin!

Məqalədə : AİP mövlud 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
185

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
190

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
215
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 20:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru