Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2017
11:33
Mikayıl Cabbarov buraxılış imtahanlarından danşdı

Azərbaycanda XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib. Bunu təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

M.Cabbarov bildirib ki, XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub.

Nazir əlavə edib ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artıb, son 4 ildə imtahan nəticələri

17 faiz yüksəlib. “Əla” qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib. Bu siniflərdə hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlmişdir.

M.Cabbarovun sözlərinə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı”ı çərçivəsində təhsil almaq hüququ qazanmış tələbələrin sayı 3558 nəfərə çatmış, bu günədək dövlət proqramı çərçivəsində 1470 nəfər məzun olub. Həmin məzunlar dünyanın ən aparıcı universitetlərində ölkəmiz üçün zəruri olan tibb, mühəndislik, İKT, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə təhsil almışlar. Proqram məzunlarının 95 faizi öz ixtisas istiqaməti üzrə, 5 faizi başqa sahədə fəaliyyətini davam etdirir. Məzunların 60 faizi özəl sektorda,

40 faizi isə dövlət sektorunda çalışır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
125

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
150

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
145

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

22

İyun
10:32
MƏNƏVİYYAT
465
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 15:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru