Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2017
16:55
İsrail aclıq aksiyası keçirən fələstinliləri qeyri-adi üsulla cəzalandırır

Faktxeber.com-un məlumatına əsasən, ötən gündən başlayaraq İsrail həbsxanalarında aclıq aksiyası keçirən fələstinli siyasi dustaqlara duz verilməsi qadağan edilib. Bu barədə məlumatı Fələstin Hüquq Müdafiə təşkilatları yayıb. 

"Azadlıq və ləyaqət" adı altında keçirilən aclıq aksiyası 17 apreldə start götürüb. 1500-dən artıq dustaq qidadan imtina edərək yalnız su və duz qəbul edirlər. Duz qəbul edilməsində məqsəd daxili orqanların sağlamlığını qorumaqdır.

Aclıq aksiyasına səbəb İsrail dövlətinin Cenevrə Konvensiyasının tələblərinə riayət etməməsi göstərilir. Məhbuslar, rəhbər şəxslərin həbs praktikasına son qoyulmasını, dustaqlardan təmamiylə təcrid edilməsini, həmçinin məhkumların kitab, mətbuat və televiziyaya çıxış imkanlarının bərpa edilməsini tələb edirlər.

Fələstinli məhbusların keçirdiyi aclıq aksiyasına Brüseldən də dəstək gəlib. Avropa parlamentinin deputatları məhbuslarla həmrəy olduqlarını bildiriblər. Aksiyaya İsveç, Yunanıstan, Fransa, İtaliya, İspaniya,İngiltərə, Avstriya, Danimarka və Portuqaliyadan olan deputatlar qoşulub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
232

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
345

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
326

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
336

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
456

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
510

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
677
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 19:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru